Əməkdar artistdən qalmaqallı açıqlama: Kişilik kitabı varsa, verin, oxuyum - Video

15:26 - 25 Dekabr 2019 - MAQAZİN

Qadın olmaq asandır, xanım olmaq çətin. Biz kişilər qadınlara nisbətən kobuduq. Bəzi şeylərdə qabağa düşüb, söz deyirik. Əsl xanımla danışanda ehtiyatlı olursan. Qadın şaqqıldamalı deyil, gülməlidir. Güləndə 32 dişi görünməməlidir. Yerişi, duruşu, oturub-durmağı, ağlamağı, gülməyi, müraciəti xanım kimi olmalıdır. Amma bu, heç bir kitabda yoxdur.

Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov ARB TV-də yayımlanan “Ona qalsa” proqramında qonaq olarkən deyib.

Sənətçi, kişi olmağın çətinlikləri haqqında danışaraq, bu mövzuda gündəmə səs salacaq açıqlamalar verib:

“Deyirlər ki, kişi deyilsən? O kişilik kitabı haradadır, verin, oxuyum. Hərənin xüsusiyyəti ayrıdır. Müəyyən qədər yaxşını axtarıb tapmalıyıq, əsl xanımlara xanım kimi yanaşmalıyıq. Elə belə “xanım” deyirik. Onu özümüz bilirik niyə deyirik. İndiki zamanda cənab olmaq, “mujik” olmaq çətindir”./oxu.az

Xəbər xətti