Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək

11:56 - 24 Dekabr 2019 - Mədəniyyət

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi 2019-cu ilin fevral ayında tamam olub.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə 17 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən sərəncam imzalayıb.

Sərəncamın icrası ilə əlaqədar 25 dekabr 2019-cu il tarixində saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Xəbər xətti