Qlobal istiləşmə nəticəsində burunlar kiçiləcək - QƏRİBƏ PROQNOZ

18:10 - 13 Dekabr 2019 - DÜNYA

Türkiyədə iqlim dəyişikliyi nəticəsində qaradənizlilərin burnu kiçiləcək.

Bunu İstanbul Texniki Universitetinin metereoloq professoru Mikdad Kadıoğlu deyib.

DHA-nın xəbərinə görə, o, qlobal iqlim dəyişikliyi nəticəsində, fəlakətlərlə yanaşı, insanların fizioloji quruluşunun dəyişiləcəyini də deyib.

Qaradənizlilərin burunlarının uzun olmasının bölgədəki soyuq və nəmdən qaynaqlandığını, qlobal istiləşmə artdıqca burunlarının kiçiləcəyini bildirən professor onlara müjdə verib./oxu.az

Xəbər xətti