Bakıda ağac bahalı avtomobillərin üstünə aşdı: Sahibinin axşam toyu olacaq - VİDEO

16:26 - 13 Dekabr 2019 - Xəbər

Bakıda ağacın aşması nəticəsində lüks avtomobillərə ziyan dəyib.

Metbuat.az xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində baş verib. Böyük ağacın aşması ilə yaxınlıqdakı işıq dirəyi də avtomobillərin üzərinə aşıb. Nəticədə, “Mercedes-Benz Gle”, “Toyota Camry” və “Mercedes-Benz ML” markalı son model avtomobillərə ziyan dəyib.

Məlumata görə, avtomobillərdən birinin sahibinin bu axşam toy mərasimi baş tutacaq.

Xəbər xətti