Prezident ilk tankerin istismara verilməsi mərasimində- Foto

14:35 - 13 Dekabr 2019 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa edilmiş “Laçın” adlı ilk tankerin istismara verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısının iştirakı ilə “Azərbaycan” gəmi-bərəsinin suya salınması, yeni alınan “Şahdağ”, “Xocalı”, “Quba”, “Murovdağ” və “Savalan” platforma-təchizat gəmilərinin istifadəyə verilməsi mərasimləri də olub.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.


Xəbər xətti