Ronaldo onunla selfi çəkdirmək istəyən fanatının hərəkətinə qəzəbləndi - VİDEO

11:29 - 12 Dekabr 2019 - Xəbər

“Yuventus”un hücumçusu  Kriştiano Ronaldo oyundan sonra meydançaya qaçan fanatları ilə selfi çəkdirməyə razılıq verməsi ilə tanınır.

Lakin bir gün əvvəl portuqaliyalı oyunçu  Leverkuzendə azarkeşlərdən birinin davranışından narazı qalıb. Bu barədə “Daily Mail” xəbər verib.
Baş verənlərin foto və videogörüntüsü sosial şəbəkələrdə yayılıb.

Meydançaya qaçan  fanat  Ronaldo ilə selfi çəkdirməyi o qədər arzulayırmış ki, görünür qəfil onun boynundan tutarkən gücünü hesablamayıb. Baş verənlər Kriştiano üçün gözlənilməz oldu.  “Yuve” hücumçusu öz narazılığını əl-qol atmaq və azarkeşin ünvanına nəsə söyləməsi ilə göstərdi.


Xəbər xətti