AŞPA Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək

17:57 - 11 Dekabr 2019 - Xəbər

Avropa Şurası Parlament Assambleyası (AŞPA) fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək.  

Bu barədə “Report”un Fransa bürosuna AŞPA-nın Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzəçisi Stefan Şenak məlumat verib.

Onun sözlərinə görə, dekabrın 14-də AŞPA-da müşahidəçilərdən ibarət komissiya yaradılacaq və tərkibi təsdiq ediləcək: "Müşahidəçilərin sayı 30-dan çox olacaq".

 

Xəbər xətti