Adam bıçaqlayan polislə bağlı - Rəsmi açıqlama

15:14 - 11 Dekabr 2019 - Xəbər

Daxili İşlər Nazirliyi Bərdə rayonunda polisin adam bıçaqlaması hadisəsi ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Feruz Əhmədov öz istəyi ilə bir neçə gün əvvəl daxili işlər orqanlarından xaric olunub: “Hazırda Bərdə Rayon Polis Şöbəsində belə bir şəxs işləmir”.

Qeyd edək ki, F.Əhmədov borc üstündə rayon sakini Nicat Allahverdiyevə 8 bıçaq zərbəsi vurub. Faktla bağlı cinayət işi başlanılıb, F.Əhmədov tutulub, araşdırma aparılır.

Xəbər xətti