Maştağada “VAZ" piyadanı vurub öldürdü

14:08 - 11 Dekabr 2019 - HADİSƏ

Dekabrın 10-da saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində ağır avtomobil qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəsəbə sakini A.Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Həlimə Musayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır./trend

Xəbər xətti