Auditorlar Palatası imtahan keçirəcək

13:59 - 11 Dekabr 2019 - Xəbər

Bu gün Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib.

İclasda Şura üzvləri və Şura yanında Komitə sədrləri iştirak ediblər.

İclas iştirakçıları aşağıdakı məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edib:

- Şura yanında Keyfiyyətə nəzarət üzrə komitənin 2019-cu ilin 9 ayı üzrə fəaliyyətinin yekununa dair hesabat;
- Auditorlar Palatasının 2019-cu il üzrə iş planında dəyişiklik edilməsi;
- Auditorlar Palatasının “Fəxri üzv” statusu verməsi;
- Ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar imtahan keçirilməsi./report

Xəbər xətti