Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı istintaq başlayıb

13:27 - 11 Dekabr 2019 - Xəbər

“Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı istintaq aparılır”.

Bunu Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

O, bu cür halların xoşagəlməz olduğunu deyib: “Hazırda xəsarət alan şəxsin həyatına heç bir təhlükə yoxdur”.

Nazir müavini məsələ ilə bağlı indiki mərhələdə əlavə şərhin verilməsinə ehtiyacın olmadığını deyib./report

 

Xəbər xətti