Elina ilə bağlı daha bir məhkəmə başlayır

12:00 - 11 Dekabr 2019 - Xəbər

Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan və bir gün sonra xəstəxanada vəfat edən şagird Elina Hacıyeva ilə bağlı daha bir məhkəmə işi başlayır.

Bu iş üzrə təqsirləndirilən, hadisənin baş verdiyi 162 saylı orta məktəbin direktoru Sevinc Abbasova barəsindəki hökmdən E.Hacıyevanın ailəsi narazı qalıb. Ailənin vəkili Emin İsayev bildirib ki, hökmdən verdikləri apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində dekabrın 20-i saat 11-də hakim Kamran Əkbərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə S.Abbasova barəsində 2 il 2 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması və mülki iddiaya görə isə 18 min manat tutularaq Elinanın anasına ödənilməsinə qərar verilib.

S. Abbasova elektron qolbaq taxaraq müəyyən olunmuş ərazidə sərbəst hərəkət edə biləcək. S. Abbasova bu müddət ərzində saat 23:00-dan 07:00-dək evdən çıxa bilməz./qafqazinfo

Xəbər xətti