Gürcüstanda 2 nəfərdə “donuz qripi” tapıldı - Biri uşaqdır

23:53 - 9 Dekabr 2019 - Xəbər

Gürcüstanda qış mövsümündə ilk dəfə “donuz qripi”nə (H1N1) yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Batumidə bir nəfər virusa yoluxub. Bu haqda Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Xatuna Zazaşvili məlumat verib. Onun sözlərinə görə, virusa yoluxan yeniyetmədir.

Bundan başqa, Tbilisidə bir nəfər azyaşlı H2N3 virusuna yoluxub. Uşağın yaşı dəqiqləşdirilməyib.
Hər iki xəstə ötən həftə xəstəxanaya yerləşdirilib.

Xəbər xətti