Rusiyada narkotik alverçisi olan azərbaycanlı istintaqdan qaçaraq, hərbi xidmətdə gizlənib

Rusiyanın Sverdlovski vilayətinin Nijni Tagil şəhərində Azərbaycanda hərbi xidmətdə gizlənən narkotik taciri həbs edilib.

36 yaşlı Kamil Heydərov çoxlu miqdarda narkotik alverində ittiham olunub.
O, tanışına 2,5 qram heroin satıb, o da öz növbəsində narkotikin bir hissəsini Nijni Tagil sakininə satıb.
Növbəti gün xüsusi baxış zamanı üzərindən narkotik tapılan qadın həbs olunub.

Taqil sakini narkotik satıcısını ifşa etmək üçün əməliyyat-axtarış tədbirində iştirak etməyə razı olub. Tədbir zamanı Heydərovdan narkotik almış bir vətəndaş tutulub. Onun evində aparılan axtarış zamanı narkotik maddə qalıqları tapılıb.

Daha sonra polis Heydərovdan narkotik maddə alan daha bir alıcını tutub və o, narkotiki Heydərovdan aldığını etiraf edib.

İstintaqdan yayınan Heydərov bir neçə il Azərbaycanda gizlənib və təcili hərbi xidmətə gedib.

Tagilə qayıdanda evindən 44,81 qram narkotik maddə aşkarlanan Heydərov 10 il müddətinə azadlıqdan məhrum edilib./oxu.az

Tarix
9 Dekabr 2019 [17:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-09 17:59:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin