Bu ilin sonuncu Günəş tutulması dekabrın 26-da baş verəcək
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da Günəş tutulması başlayacaq və 12:06-da yekunlaşacaq.
Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq.