Bakıda 72 yaşlı kişini mikroavtobus vuraraq öldürüb

Bakıda 72 yaşlı kişini mikroavtobus vuraraq öldürüb.

Hadisə dekabrın 7-də saat 20 radələrində, paytaxtın Sabunçu rayonunda, Hövsan-Zığ yolunda baş verib.

Belə ki, Cəbrayıl rayon sakini, 1982-ci il təvəllüdlü Mirağa Kazımovun idarə etdiyi “Mercedes-Vito” markalı sərnişin mikroavtobusu ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada – paytaxt sakini, 1947-ci il təvəllüdlü Sahib Hüseynovu vurub. Nəticədə yaralı aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məclləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır./report

 

Tarix
9 Dekabr 2019 [10:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-09 10:24:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin