Bərdədə ağır qəza, ölən var - FOTO

19:39 - 7 Dekabr 2019 - HADİSƏ

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. Belə ki, 09-BX-278 dövlət nömrə nişanlı "Mercedes" markalı yük maşını 90-RM-177 nömrə nişanlı "VAZ 21015" markalı maşınla toqquşub. Nəticədə "VAZ 21015"in sürücüsü, 40 yaşlı Abdullayev Musviq Mikayıl oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb./Apa

Xəbər xətti