Putinlə Lukaşenkonun danışıqları zamanı işıq sönüb

18:24 - 7 Dekabr 2019 - DÜNYA

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putun arasında keçirilən görüş zamanı işıq qəfildən sönüb.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumatına görə, elektrik enerjisinin kəsilməsi iki liderin giriş nitqi bitən ana təsadüf edib. "Elektrik bitdi”, - deyə V. Putin zarafat edib.

Lukaşenko isə zarafatla “Bunun hamısı Dima Peskovun (Rusiya liderinin mətbuat katibi) işidir, mən bilirəm”, - söyləyib. 
Nümayəndə heyətləri gülüşüb və danışıqları davam etdirib.

Qeyd edək ki, Rusiya və Belarus prezidentləri iki ölkə arasında İttifaq Dövlətinin yaranmasının 20 illiyi ərəfəsində Soçidə görüşürlər.

Xəbər xətti