Dadaşlinski arzusuna çatdı: "Elxan gəlir"

17:34 - 7 Dekabr 2019 - Xəbər

Bildiyiniz kimi, İctimai TV-də yayımlanan 3D layihəsinin budəfəki qonağı AFFA-nın baş katibi Elxan Məmmədov olub. Sportinfo.az xəbər verir ki, dünən yaydığımız məlumatı verilişin aprıcısı Dadaş Dadaşlinskinin adına açılan rəsmi "Facebook" səhifəsi də təsdiqləyib. Səhifə sözügedən xəbəri "#elxangəlir" həştəqi ilə paylaşıb. Qeyd edək ki, Məmmədovun qonaq olduğu verilişin yeni həftənin ilk günü efirə gedəcəyi gözlənilir.

Xəbər xətti