Mustafa Dənizli “Traktor”dan ayrılıb

15:42 - 7 Dekabr 2019 - İDMAN

İranın “Traktor” klubunda baş məşqçi istefası gerçəkləşib.

Təbriz təmsilçisi tanınmış türkiyəli mütəxəssis Mustafa Dənizli ilə yollarını ayırıb. Klubun yaydığı məlumatda müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyi bildirilir. M.Dənizli “Traktor”u 9 çempionat oyununa çıxarıb. Təbrizlilər onun rəhbərliyi altında 5 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Bu müddətdə komanda 17 xal toplayıb.

Qeyd edək ki, zəngin karyeraya malik 70 yaşlı M.Dənizli “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, Türkiyə millisində də çalışıb. O, 2013-14-cü illərdə Azərbaycanda “Xəzər Lənkəran”ın baş məşqçisi olub./Apasport

Xəbər xətti