Lənkəranda 4 otaqlı ev yanıb

09:19 - 7 Dekabr 2019 - HADİSƏ

Lənkəran şəhərinin Səpnəkəran kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin yanar konstruksiyaları 38 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti