Biləsuvarda ağacəkmə aksiyası keçirilib- Foto

17:06 - 6 Dekabr 2019 - Xəbər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulan Biləsuvarlılar rayon ərazisində bir gündə 3 min ağac əkdilər.

Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri, ictimaiyyətin nümayəndələri və gənclər iştirak edib. Bu məqsədlə  rayonda əvvəlcədən  ağac əkiləcək yerlər müəyyənləşdirilib və ərazidə müvafiq işlər aparılıb.

Biləsuvar-Əsgərabad-Çaylı yolunun kənarı boyunca olan ərazidə ağcaqayın, xan çinarı, şam, görüş, ərik və digər ağac növləri əkilərək suvarılıb.


Xəbər xətti