Prokuror Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə cəza istəyib

12:32 - 6 Dekabr 2019 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatına qoşulmaqda təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror hər iki təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses növbəti həftə davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar və təlimlərdə iştirak ediblər. Hər iki şəxs 2019-cu ildə həbs edilib.
Təqsirləndirilən şəxslər Suriyaya getdiklərini etiraf edib, ancaq döyüş və təlimlərdə iştirak etmədikləri bildiriblər.

Onlar Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunurlar./report

Xəbər xətti