650 min ağacın əkilməsi Şamaxıdan başlanıb -Foto

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 6 dekabr 2019-cu il tarixində ölkə üzrə bir gündə 650 min ağacın əkilməsinə start verilib.

Respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərindən başlanılıb. Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələri iştirak edir.

Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək. Eyni zamanda, bu aksiya insanları nəcib təşəbbüs ətrafında birləşdirməyə yönələn, ətraf mühitin sağlamlaşdırılması istiqamətində ictimaiyyətin həmrəylik göstərməsinə verilən dəyərli töhfədir.

Tarix
6 Dekabr 2019 [12:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-06 12:09:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin