Murad Arif “Eurovision”a getmək istəyir

10:35 - 6 Dekabr 2019 - MAQAZİN

Bəstəkar- müğənni Murad Arif “Eurovision” mahnı müsabiqəsi ilə bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə gələn il sözügedən yarışmada Azərbaycan təmsilçisi olmaq üçün namizədliyini irəli sürdüyünü qeyd edib:

“Hazıram və mən bunu arzulayıram. Bizə 3 dəqiqəlik hit lazımdır. Özümüz yazaq, öz uşaqlarımızla, öz nəğməmizlə oraları partladaq! Biz hazırıq! Bizə inanın”.

Qeyd edək ki, M. Arif müsabiqənin Azərbaycan üzrə ilk şərhçisi olub. O, eyni zamanda “Junior Eurovision”dakı təmsilçimiz Rüstəm Kərimovun ifa etdiyi “Me and my guitar” mahnısının müəllifidir.

Xəbər xətti