Bakıda əcnəbi qadın işə düzəltmək adı ilə aldadılıb

10:03 - 6 Dekabr 2019 - HADİSƏ

Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib.

Məlumata görə, bu barədə polisə İran vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsi, dalan 3, ev 17-də yaşayan, 1975-ci il təvəllüdlü Tayarı Sadagh Masoumeh qızı şikayət edib.

Qadın bildirib ki, bu ilin oktyabr ayında tanıdığı Anar adlı şəxs onu işə düzəldəcəyi ilə aldadıb 195 manatını alaraq mənimsəyib.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti