Xudatda çirkab suları daşıyan avtomobil qəzaya uğrayıb - Foto - Video

18:18 - 5 Dekabr 2019 - HADİSƏ

Xaçmaz rayonunda yol qəzası baş verib.

Hadisə Xudat şəhəri ərazisində, Nabran yolu istiqamətindəki körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, "QAZ-53" markalı çirkab suları daşıyan yük maşını "Mitsubishi L200" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib, həmçinin tullantı ətrafa dağıldığından ərazini üfunət bürüyüb.

Faktla bağlı araşdırma aparılır./report


Xəbər xətti