Gürcüstandan gələn avtomobildə narkotik aşkarlanıb

Gürcüstandan Azərbaycana gələn avtomobildə narkotik vasitə aşkarlanıb.

Məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "VAZ-21074" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı o, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra üzərində şəxsi yoxlama aparılması üçün vətəndaş giriş nəqliyyat xəttindəki otağa dəvət olunub. Bu zaman o, sənəd götürmək bəhanəsi ilə geri qayıdaraq avtomobilinin ön sərnişin qapısından içəri kağız parçası atıb.

Bu səbəbdən də nəqliyyat vasitəsinə təkrar gömrük baxışı keçirilib. Nəticədə ön oturacaqların arasında - əl əyləcinin yanından 1 ədəd kağız bükümdə təqribi çəkisi 2 qram olan kəskin iyli narkotik vasitə - marixuana bitkisi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır./trend

 

Tarix
5 Dekabr 2019 [16:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-05 16:26:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin