Millimiz Millətlər Liqasında Ermənistanla bir səbətdə yer alacaq

15:16 - 5 Dekabr 2019 - Xəbər

UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020/21-ci il mövsümü ilə əlaqədar olub.

Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C Liqasında mübarizə aparacaq. Millimiz C liqasının reytinqə görə ən zəiflərin yer aldığı dördüncü səbətində yer alıb. Bu səbətdə digər komandalar Qazaxıstan, Moldova və Ermənistan yığmalarıdır.

C liqasında yığmamızın potensial rəqibləri isə bu komandalardır:
Birinci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan
İkinci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr
Üçüncü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq

Xəbər xətti