Fransada Eyfel qülləsi bağlanıb- tətilə görə

16:47 - 5 Dekabr 2019 - DÜNYA

Fransadakı təqaüd islahatına qarşı həmkarlar ittifaqlarının keçirdiyi tətillə bağlı Eyfel qülləsi bu gün bağlıdır.

Bu barədə sözügedən idarənin “Twitter” səhifəsində bildirilir.
Xatırladaq ki, hökumətin təqaüd sistemində böyük kəsiri aradan qaldırmaq üçün tətbiq etdiyi islahat çərçivəsində ayrı-ayrı sahələrin işçilərin tez təqaüdə çıxaraq daha çox təqaüd almasını nəzərdə tutan xüsusi rejimlər ləğv olunur, təqaüd fonduna ödəmələrin müddəti isə uzadılır./report

Xəbər xətti