DİM növbəti qəbul imtahanlarının vaxtı ilə bağlı açıqlama verib

13:42 - 5 Dekabr 2019 - Xəbər

"Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, müzakirə olunur".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, Avropa çempionatı oyunlarına da ev sahibliyi edəcək: "Ölkədə kütləvi tədbirlər keçirilən zaman qəbul imtahanlarının da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçiriləcək kütləvi tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik"./report

Xəbər xətti