Abşeronda evdən 25 yaşlı qadın meyiti tapılıb

12:47 - 5 Dekabr 2019 - HADİSƏ

Abşeronda evdən 25 yaşlı qadın meyiti tapılıb.

Abşeron Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, 1994-cü il təvəllüdlü Firuzə Verdiyevanın meyiti yaşadığı evdən tapılıb. Abşeron Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Araşdırma zamanı məlum olub ki, F.Verdiyeva epilepsiya xəstəliyindən əziyyət çəkib və 25 yaşlı qadının həmin xəstəlikdən öldüyü müəyyənləşib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti