İki maşın toqquşdu, tıxac yarandı - Foto

09:59 - 4 Dekabr 2019 - HADİSƏ

Səhər saatlarında Bakıda daha bir yol qəzası baş verib.

Hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Prospektlə şəhər istiqamətində hərəkətdə olan avtomobil idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan "Opel" markalı avtomobilə çırpılıb. Xoşbəxtlikdən "Opel"də olan azyaşlı uşağa xəsarət dəyməyib. Lakin hər iki avtomobilə ciddi ziyan dəyib.

Baş verən yol qəzası zamanı Nobel prospektində tıxac yaranıb.
Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./trend


Xəbər xətti