Səfərə çıxan Tramp həyat yoldaşını unutdu - Video

12:55 - 3 Dekabr 2019 - DÜNYA

Xarici ölkəyə səfərə yollanmağa hazırlaşan ABŞ Prezidenti Donald Trampın həyat yoldaşını gözləməməsi növbəti dəfə müzakirələrə yol açıb.

Onu gözləyən helikopterə doğru hərəkət edən D.Tramp yarı yolda dayanaraq, həyat yoldaşını gözləməyə başlayır.
Onunla birlikdə uçmalı olan Melanya Tramp həyat yoldaşına çatdıqdan sonra cütlük helikopterə doğru birlikdə hərəkət edirlər.

Sosial şəbəkələrdə müzakirə olunan görüntülər fikir müxtəlifliyinə səbəb olub. Bir çoxları “Həyat yoldaşı gecikir, hər kişi bunun nə olduğunu yaxşı bilir”, - deyə D.Trampı haqlı hesab ediblər. /oxu.az

Xəbər xətti