Bakıda güclü külək zamanı bir nəfərin başına daş düşüb

22:50 - 2 Dekabr 2019 - HADİSƏ

Bakının Binəqədi rayonunda bədbəxt hadisə zamanı 1 nəfər xəsarət alıb.

Hadisə Dərnəgül qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Əkbərov Ələsgər Əkbər oğlu yaşadığı evin yaxınlığında küçədə gedərkən başına daş düşüb. O, beyin silkələnməsi diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağırdır./Apa

Xəbər xətti