Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri vəzifəsinə təyinat olub -Sərəncam

15:53 - 2 Dekabr 2019 - Xəbər

Prezident İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, G.Kərimov bu təyinata qədər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi olub.

 


Xəbər xətti