Prezident İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, G.Kərimov bu təyinata qədər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi olub.