Əyləncə mərkəzində attraksion qırıldı: Yaralılar var - VİDEO

11:22 - 2 Dekabr 2019 - HADİSƏ

Taylandda, Lepburi parkındakı əyləncə mərkəzində attraksionlardan birində metal qoruyucunun sıradan çıxması nəticəsində altı nəfər xəsarət alıb.

Baş verən anların dəhşətli görüntüsü şahidlər tərəfindən qeydə alınıb. Bu barədə “Daily Mail” xəbər verib. Kadrlardan görünür ki, attraksion işə düşəndən az sonra metal qoruyucu yerindən qopur və onun arxasında əyləşən uşaqlar yerə yıxılır.

Hadisə yerinə dərhal təcili yardım maşınları cəlb olunur, yaralılar xəstəxanaya yerləşdirilir.
Polis baş verənlərə görə istintaqa başlayıb./oxu.az

Xəbər xətti