Türkiyə millisi iki oyununu Bakıda keçirəcək

00:02 - 1 Dekabr 2019 - İDMAN

AVRO-2020-də Bakıda keçiriləcək oyunların təqvimi müəyyənləşib.

"Report"un məlumatına görə, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
Qeyd edək ki, AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Xəbər xətti