Türkiyə Prezidenti: “TANAP ölkələrimiz arasındakı köklü dostluğun simvoludur”

16:45 - 30 Noyabr 2019 - Xəbər

"TANAP hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun simvoludur".

Bunu Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində keçirilən TANAP-ın II hissəsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O deyib ki, layihə plana uyğun həyata keçirilib: “TANAP-la ildə 16 mlrd. kubmetr Azərbaycan təbii qazının Türkiyə və Avropanın istifadəsinə təqdim edilməsi xəyaldan çıxıb reallığa çevrilib.

Ölkələrimiz və bölgəmiz üçün tarixi bir andır. TANAP regional sülh layihəsidir”./report

Xəbər xətti