Bu il keçiriləcək bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edir.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov deyib. Onun sözlərinə görə, prosesdə həmin siyasi partiyaların namizədləri qeydiyyata alınıb:
"Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Seçkilərdə siyasi partiyaların fəallığı bizi sevindirir. Hesab edirəm ki, bu çox yaxşı göstəricidir".