Napoleonun çəkmələri 117 min avroya satıldı

10:52 - 30 Noyabr 2019 - MARAQLI

Napoleon Bonapartın məşhur çəkmələri 117 min avroya satılıb.

Qara rəngli çəkmələr 40 ölçülüdür. Təbii dəridən hazırlanan çəkmələrin hündürlüyü isə 48 sm-dir.

Bundan əlavə, çəkmələrdə Napoleonun tez-tez ayaqqabı aldığı parisli çəkməçi Jakın möhürü var./publika.az

Xəbər xətti