Prezident Natiq Əmirovla bağlı sərəncam imzalayıb

17:49 - 29 Noyabr 2019 - Xəbər

Prezident İlham Əliyev Natiq Əmirovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilsin.

Xəbər xətti