YAP-çı deputatların parlamentin buraxılması barədə müraciəti Milli Məclisə daxil olub

11:29 - 29 Noyabr 2019 - Xəbər

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputatların parlamentin buraxılması ilə bağlı müraciəti Milli Məclisə daxil olub. 

“Report” xəbər verir ki, müraciət artıq parlamentdədir.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

 

Xəbər xətti