Həmsədrlər Bratislavada məsləhətləşmələr keçirəcək

19:18 - 28 Noyabr 2019 - Xəbər

ATƏT Minsk qrupunun həmsədrləri dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislavada ATƏT üzv ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında məsləhətləşmələr keçirəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib ki, Dağlıq Qarabağ məsələsi son illərdə daim ATƏT məkanında müzakirə olunur:

“Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında da məsləhətləşmələr planlaşdırılıb. Söhbət xüsusi tapşırıq üzrə səfirlər səviyyəsində məsləhətləşmələrdən gedir”./tren

Xəbər xətti