Həkimlər niyə AĞ RƏNGDƏ GEYİNİRLƏR?

19:00 - 28 Noyabr 2019 - MARAQLI

Müasir tibb müəssisələrində mavi və yaşıl rəngli xalatlar getdikcə daha çox görünsə də, ağ xalatlar həkimlər üçün hər zaman əvəzedilməz qalacaq.

Dünya həkimlərinin səksən faizi ağ xalat geyinir.
On doqquzuncu əsrin ortalarına qədər həkimlərin xüsusi forması olmayıb.  Qədim zamanlarda həkimləri üzdən tanıyırdılar. Ona görə də geyimin onlar üçün heç bir əhəmiyyəti olmurdu.Tibb işçilərinin ağ xalat geyinməsini ilk dəfə ingilis həkimi Cozef Lister tərəfindən düşünülmüşdür. Çünki o, ağ rəngin antiseptik xüsusiyyətlərə malik olduğunu düşünürdü.

Sonralar ağ xalatla cərrahın peşəkarlığını xarakterizə etməyə başladılar. Belə ki, onun xalatı qanla nə qədər az ləkələnirdisə, bacarığı da o qədər yüksək qiymətləndirilirdi. Getdikcə, ağ xalatlar tibbdə daha çox yayılmağa başladı.

Bir müddətdən sonra İngiltərədə ağ xalatın tibbdə lazım olub- olmaması barədə müzakirələr başladı. Lakin, kolorimetriya elminin göstərdiyi kimi, ağ rəng insanın düşüncəsinin saflığını və dürüstlüyünü ifadə edir, xəstələr tərəfindən daha yaxşı qəbul edilirdi. Təsadüfi deyil ki, ruhani liderlər hər zaman ağ paltar geyinirlər./olke.az

Xəbər xətti