Çempionlar Liqasında həftənin qoluna namizədlər açıqlanıb

17:15 - 28 Noyabr 2019 - Xəbər

UEFA Çempionlar Liqasında həftənin qoluna namizədlər açıqlanıb.

İddiaçıların tərkibi qrup mərhələsinin V tur qarşılaşmalarının yekunu əsasında müəyyənləşib. Ən yaxşı qol adına namizədlər İtaliya "Yuventus"undan Paulo Dibala, "Atalanta"dan Alexandro Qomes, "İnter"dən Lautaro Martines və Almaniya "Bayer"indən Sven Benderdir.

Dibala İspaniya "Atletiko"sunu 1:0, Sven Bender Rusiyada "Lokomotiv"i, Alexandro Qomes Xorvatiya "Dinamo"sunu 2:0, Lautaro Martinez Çexiyada "Slaviya"nı 3:1 hesabı ilə məğlub etdikləri oyunlarda qol müəllifi olub. /report

Xəbər xətti