Merkel səhnədə yıxıldı-Video

18:02 - 28 Noyabr 2019 - Xəbər

Almaniya kansleri Angela Merkel ticarət və sənaye nümayəndələrinin iştirakı ilə keçirilən konfransda kürsüyə qalxarkən büdrəyib. 

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisəyə zarafatyana münasibət bildirən Merkel bundan sonra pilləkəndən istifadə edəcəyini bildirib.

Xatırladaq ki, oktyabrda analoji hadisə Almaniyanın iqtisadiyyat naziri Peter Altmayerin də başına gəlmişdi. O səhnədə yıxıldıqdan sonra huşunu itirmiş və xəstəxanaya yerləşdirilmişdi.

Xəbər xətti