ATƏT sədri Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsinə münasibət bildirib

13:37 - 28 Noyabr 2019 - SİYASƏT

Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsi müsbət addımdır.

Bunu Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib. O bildirib ki, Slovakiya ATƏT-in sədri qismində vəziyyəti diqqətlə izləyir:

“Bu, müsbət addımdır və etimadı artırır, mühiti yaxşılaşdırır və gərginliyi azaldır. Mən hesab edirəm ki, bu addıma siyasi həll üçün yollar açacaq. İnanıram ki, Slovakiyanın sədrliyi bu münaqişənin həllinə töhfə verəcək”.

Xəbər xətti