Azərbaycan qazının Avropaya nəqli üçün hər şey hazırdır

Azərbaycan qazının Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Avropaya nəqli üçün hər şey hazırdır.

Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib. O bildirib ki, TANAP-ın ikinci hissəsinin açılışı ilə bu layihə tamamilə başa çatacaq. Nazirin sözlərinə görə, Azərbaycan qazının Avropaya nəqlinin növbəti mərhələləri Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasında irəliləyişlərdən asılıdır.

Qeyd edək ki, TANAP-ın ikinci mərhələsinin açılışı noyabrın 30-da Ədirnə vilayətinin İpsala rayonunda baş tutacaq.
TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək./trend

Tarix
28 Noyabr 2019 [10:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-28 10:42:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin